Şuşa və Xocavəndə növbəti köç karvanları yola salındı – FOTOLAR

XƏBƏR XƏTTİ
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mecra.az xəbər verir ki, bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər (AZƏRTAC).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt