“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası Cəlilabad rayonunda davam etdirilir.
Mecra.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində fəaliyyət göstərən “Kristal” MMC-də olmuş, müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olmuşdur. Müəssisədə yaradılmış istehsal sahələrinə baxış keçirən rayon rəhbərinə görülən işlər, istehsal gücü, tətbiq olunan müasir texnologiyalar və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı müəssisədə çalışan əməkdaşlarla görüşərək onların iş şəraiti ilə maraqlanmış, istehsalın daha da genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir. Rayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı və emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, fermerlərə göstərilən dövlət dəstəyinin gücləndirilməsi və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin icrası davam etdiriləcəkdir.







👁 50 baxış
