Cəlilabadlı gənc Əli Nağıyev Belçikanın nüfuzlu KU Leuven Brussels universitetinin “İqtisadiyyat və Biznes Fakültəsində Biznesin İdarə Edilməsi” (Business Administration) ixtisası üzrə bakalavr təhsilini yüksək göstərici ilə başa vurub.
Mecra.az xəbər verir ki, Əli Nağıyev təhsilini 86,82 faiz ümumi nəticə ilə tamamlayaraq “Summa Cum Laude” (ən yüksək fərqlənmə) dərəcəsinə layiq görülüb. O, eyni zamanda 2025–2026-cı tədris ili üzrə bu ixtisası bitirən 131 məzun (l mərhələdə 950 tələbə) arasında 1-ci yeri tutaraq universitetin ən uğurlu məzunu olub.
Bu nailiyyət Cəlilabad gənclərinin beynəlxalq səviyyədə yüksək potensiala malik olduğunu bir daha nümayiş etdirir.Əli Nağıyevi qazandığı möhtəşəm uğur münasibətilə təbrik edir, ona gələcək təhsil və peşə fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Qeyd edək ki, Əli Nağıyev magistr təhsili üçün dünya sıralamasında 2-ci yerdə olan B.Britaniyanın İmperial
College universitetində təhsilini davam etdirəcək.
Elçin Hüseynov

👁 66 baxış
