Cəlilabadda yeni salınmış parkın açılışı oldu – FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Alar kəndində yeni salınmış parkın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionlarda genişmiqyaslı abadlıq və quruculuq işləri davam etdirilir.

Mecra.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində şəhər və kəndlərin siması müasirləşdirilir, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır, əhalinin rahatlığının təmin olunmasına xidmət edən layihələr uğurla icra edilir.”Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilir.Bu çərçivədə Cəlilabad rayonunun Alar kəndində Alar bələdiyyəsinin təşəbbüsü ilə yeni park salınaraq sakinlərin istifadəsinə verilmişdir.

Parkın ərazisində abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, müxtəlif növ dekorativ ağac və gül kolları əkilmiş, oturacaqlar, söhbətgahlar, müasir işıqlandırma sistemi, fəvvarə və uşaqların əylənməsi üçün müxtəlif atraksiyonlar quraşdırılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni salınmış parka baxış keçirib. Park ərazisində aparılan abadlıq işləri ilə yaxından tanış olmuş, yaşıllıq zolaqlarının salınması, istirahət guşələrinin yaradılması və uşaq atraksiyonlarının quraşdırılması istiqamətində görülən işlərə yüksək qiymət vermiş və kəndlərdə belə layihələrin davam etdiriləcəyini vurğulamışdır.Yeni yaradılan istirahət məkanı kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial fəallığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Cəlilabad rayonunda son illərdə kəndlərin abadlaşdırılması və yeni istirahət zonalarının salınması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Rayon ərazisində əhalinin rahatlığının təmin edilməsi, yaşayış məntəqələrinin simasının daha da gözəlləşdirilməsi məqsədilə abadlıq və quruculuq işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

 

 

👁 50 baxış