“Bir işçinin gündəlik haqqı 30 manatdır…” – Cəlilabadda çiyələk əkən fermerlər fəryad etdi – VİDEO

XƏBƏR XƏTTİ
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•

Hazırda Cəlilabadın əksər kəndlərində çiyələk yığımı davam edir. Məhsul bol olsa da, qiymətin aşağı düşməsi fermerləri çətin vəziyyətə salıb.

Onların sözlərinə görə, aylarla çəkilən zəhmət və qoyulan sərmayə demək olar ki, hədər gedib.

“Bir kiloqram çiyələyin qiyməti 2 manat 50 qəpikdən 1 manata düşdü. Bir manat olanda yenə də işçi pulunu çıxarmaq olurdu. Amma son üç-beş gündə məhsulun kilosu 20 qəpiyə enib. Bu qiymətə çiyələk yığmaq sərf etmir. 100 kilo məhsul 20 manat edir, bir işçinin gündəlik haqqı isə 30 manatdır”, – fermerlərdən biri bildirib.

Digər fermer isə bu il həm məhsuldarlığın, həm də qiymətin aşağı olduğunu deyib:

“Çiyələk bu il çox zəif oldu. Məhsuldarlıq da zəifdir, qiymət də. Havaların yağışlı keçməsi məhsulu zay elədi. Çiyələyin çoxunu sahədə yerə tökdük. Fəhlə qiymətləri də bahadır. Yəni bu gün yığdığımız məhsul fəhlə pulunu belə ödəmir”. (Baku TV).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt