Cəlilabad Dövlət Təhsil Mərkəzində məzun günü keçirildi – FOTOLAR

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Məzun Günü keçirilib.

Mecra.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, pedaqoji heyət, valideynlər və məzunlar iştirak ediblər.

Çıxışlarda peşə təhsilinin inkişafı, dövlət dəstəyi və gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər vurğulanıb.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə qəbul planına əsasən mərkəzə 452 tələbə qəbul olunub və ümumi qəbul planı 84% icra edilib. Hazırda mərkəzdə 31 ixtisas üzrə 842 tələbə təhsil alır. Cari tədris ilində 389 tələbə məzun olub.Tədbirin sonunda fərqlənən məzunlara diplom və təşəkkürnamələr təqdim edilib.

Məzunlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

 

👁 44 baxış