Daimi dostluğun nümunəsi

XƏBƏR XƏTTİ
Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində prezidentlər arasında keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Türkmənistan əməkdaşlığının strateji xarakter aldığını göstərir.

Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev səfər çərçivəsində bəyanatında vurğulayıb ki, münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər. Bakı və Aşqabad,  Arkadağ və Füzuli kimi qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var. Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin-xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə bütün imkanlarımız mövcuddur.

Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında münasibətlər hazırda yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri, ticarət əlaqələri və humanitar sahədə əməkdaşlıq iki ölkənin yaxınlaşmasını daha da sürətləndirir.

Ədalət Əsgərov,

Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim

                                                                                                                    

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt