Perspektivlər kifayət qədər genişdir

Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək perspektivləri kifayət qədər genişdir. İlk növbədə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir. Türkmənistanın zəngin təbii qaz ehtiyatları ilə Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrindəki təcrübəsinin birləşdirilməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılmasında tərəflərin əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaqdır. Bundan əlavə, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün də geniş potensial mövcuddur.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə Bakıya rəsmi səfəri zamanı bu məsələlər geniş müzakirə olundu. Səfərin ən yaddaqalan hadisələrindən biri Azərbaycan tərəfindən Türkmənistana “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunması oldu.

Bu gün nəqliyyat-logistika sahəsində mühüm vəzifələr var. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev öz bəyanatında qeyd edib ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

 Azər İbişov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad

rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı

                                                                                                           

👁 4 baxış