Bu gün 31 mart XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı – xalqımızın və ərazilərimiz varlığının ciddi təhlükə ilə üzləşdiyi hadisələr silsiləsinin başladığı tarixdir. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir. Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda XIX əsrin sonları – XX əsrin əvvəllərində başladıqları nəhəng və çətin bir proses 28 may 1918-ci il tarixində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə özünün məntiqi, qanunauyğun həllini tapmışdır. Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə gün ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən talan və qırğınlar, əzilmək, əsir alınmaq, qarət edilmək kimi görünməmiş dəhşətli cəza aksiyalarına, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır. Daha sonra bu kütləvi qırğınlar Azərbaycanın demək olar ki, bütün qəzalarını əhatə etmişdir. Azərbaycanlıların soyqırımı Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Erməni cinayətkarları – Andronik Ozanyan, S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə minlərlə azərbaycanlı ağılasığmaz işgəncələrlə qətlə yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hələ Gəncədə ikən, son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə münasibət bildirməyi və konkret tədbirlər görməyi vacib saymış, 1918-ci ilin iyul ayının 15-də bu hadisələrin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası adlı bir qurum yaratmışdır. Cəmi bir ildən artıq müddətdə Fövqəladə Təhqiqat Komissiyası dinc müsəlman əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli və dini zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamlara dair 36 cilddən artıq istintaq materialı toplamış və tərtib etmiş, 196 cinayətkarın konkret adlarını müəyyənləşdirmiş və onların bir hissəsini cinayət məsuliyyətinə cəlb etmişdir. Təbii ki, dövrün mətbuatı bu hadisələrə biganə qalmamış, öz səhifələrində 1918-ci il Bakı quberniyası qəzalarında baş vermiş kütləvi qırğınları, soyqırımı hadisələrini, Qarabağın erməni əhalisinin və Ermənistan Respublikasının hərbi qüvvələrinin isə İrəvan, Naxçıvan Qarabağ-Zəngəzur bölgələrində azərbaycanlı əhaliyə qarşı davam edən silahlı hücumları və zorakılıq aktlarını geniş işıqlandırmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ulu öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Tarixin ötən 200 illik səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Soyqırımın baş verməsindən 107 il zaman keçsə də xalqımız erməni vəhşiliyinin qurban 1918-ci ilin mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdən biridir
Bu gün 31 mart XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı – xalqımızın və ərazilərimiz varlığının ciddi təhlükə ilə üzləşdiyi hadisələr silsiləsinin başladığı tarixdir. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir. Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda XIX əsrin sonları – XX əsrin əvvəllərində başladıqları nəhəng və çətin bir proses 28 may 1918-ci il tarixində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə özünün məntiqi, qanunauyğun həllini tapmışdır. Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə gün ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən talan və qırğınlar, əzilmək, əsir alınmaq, qarət edilmək kimi görünməmiş dəhşətli cəza aksiyalarına, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır. Daha sonra bu kütləvi qırğınlar Azərbaycanın demək olar ki, bütün qəzalarını əhatə etmişdir. Azərbaycanlıların soyqırımı Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Erməni cinayətkarları – Andronik Ozanyan, S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə minlərlə azərbaycanlı ağılasığmaz işgəncələrlə qətlə yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hələ Gəncədə ikən, son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə münasibət bildirməyi və konkret tədbirlər görməyi vacib saymış, 1918-ci ilin iyul ayının 15-də bu hadisələrin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası adlı bir qurum yaratmışdır. Cəmi bir ildən artıq müddətdə Fövqəladə Təhqiqat Komissiyası dinc müsəlman əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli və dini zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamlara dair 36 cilddən artıq istintaq materialı toplamış və tərtib etmiş, 196 cinayətkarın konkret adlarını müəyyənləşdirmiş və onların bir hissəsini cinayət məsuliyyətinə cəlb etmişdir. Təbii ki, dövrün mətbuatı bu hadisələrə biganə qalmamış, öz səhifələrində 1918-ci il Bakı quberniyası qəzalarında baş vermiş kütləvi qırğınları, soyqırımı hadisələrini, Qarabağın erməni əhalisinin və Ermənistan Respublikasının hərbi qüvvələrinin isə İrəvan, Naxçıvan Qarabağ-Zəngəzur bölgələrində azərbaycanlı əhaliyə qarşı davam edən silahlı hücumları və zorakılıq aktlarını geniş işıqlandırmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ulu öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Tarixin ötən 200 illik səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Soyqırımın baş verməsindən 107 il zaman keçsə də xalqımız erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək tariximizdən dərs alaraq heç nəyi unutmamağa unutdurmamağa çalışır.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
