Azərbaycan-Pakistan münasibətləri dostluğun, strateji tərəfdaşlığın nümunəsidir

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır  Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb.

Fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi dövlət səfərinə gəlmişdir. Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub. Dövlət başçısı İlham Əliyevin ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında səsləndirdiyi çağırışlar, imzalanan çoxsaylı sənədlər iki dost ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Əsas çağırış dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasıdır. Bunun üçün tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra ikitərəfli əməkdaşlığın coğrafiyasına və beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir.  Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.  Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan-Pakistan münasibətlərinin bu istiqamətdə davamlı inkişafı üçün geniş imkanlar mövcuddur. İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur.

Kamal Quluzadə,

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

 

👁 baxış