17 uşaqlı ailədə faciə: bir oğlan öldü, digəri yaralandı

XƏBƏR XƏTTİ
İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•

Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda:İsgəndərov Binnət Taleh oğlu

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt