Prezident qəbul keçirdi

XƏBƏR XƏTTİ
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.

Mecra.az xəbər verir ki, dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.

Yoxan Eliaş rəhbərlik etdiyi Federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.

Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt