Keçmiş səfirimizə qarşı ŞOK İTTİHAM: cinsi təcavüzə cəhd edib

XƏBƏR XƏTTİ
Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Northwhitch Guardian” qəzeti yayıb.

Bildirilib ki, fevralın 7-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib.

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.

Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub. 

Məlumata görə, Norveç və İsveçdə də səfir olmuş R.İbrahimov ötən il özünü ittihamın beş bəndi üzrə təqsirli bilib.

Qeyd olunub ki, keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək. 

Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt