“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi 19 xidmət Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (pirallahi-ih.gov.az – dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir.
Həmin xidmətlərdən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur.
Xidmətin adı: | Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi |
Xidmətin məzmunu: | · Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi |
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: | o Hüquq şöbəsi
o Rayon təsərrüfatı şöbəsi |
Xidmətin hüquqi əsası: | – Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi; – “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №-li Fərmanının 1.2-ci bəndi; – Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.11-ci yarımbəndi. |
Xidmətin həyata keçirilmə formaları: | Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim edilməsi |
Xidmətin həyata keçirilməsinin nəticəsi: | RİH Başçısının yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında bildirişi |
Xidmətin həyata keçirilməsi müddəti: | 30 təqvim günü |
Dövlət rüsumu, Xidmət haqqı: | Xidmət ödənişsizdir. |
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: | – Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 22-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: – Bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; – Bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; – Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. – Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. – Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: | – Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir)
– Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər – Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) – Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: | Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında həyata keçirilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə – ərizəçi) İcra Hakimiyyətinə müvafiq sənədləri təqdim edir. İcra Hakimiyyəti tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar İcra Hakimiyyəti tərəfindən Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. İcra Hakimiyyəti Mənzil Məcəlləsinin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. İcra Hakimiyyəti ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda Mənzil Məcəlləsinin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilir. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması İcra Hakimiyyəti tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı İcra Hakimiyyəti tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Sahənin keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılır. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. |
Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 5565942 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.
Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.