“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi 19 xidmət Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (pirallahi-ih.gov.az – dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir.
Həmin xidmətlərdən nikah yaşının azaldılması xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur.
| Xidmətin adı: |
Nikah yaşının azaldılması |
| Xidmətin məzmunu: | · Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazənin verilməsi |
| Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: | · İcra Hakimiyyəti Başçısının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya |
| Xidmətin hüquqi əsası: | – Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2-ci maddəsi; – “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 7-ci abzası. |
| Xidmətin həyata keçirilmə formaları: | Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim edilməsi |
| Xidmətin həyata keçirilməsinin nəticəsi: | · İcra Hakimiyyəti Başçısının nikah yaşının azaldılması haqqında sərəncamı |
| Xidmətin həyata keçirilməsi müddəti: | 30 təqvim günü |
| Dövlət rüsumu, Xidmət haqqı: | Xidmət ödənişsizdir. |
| Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: | – Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə görə aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: – Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); – Övladlığa götürənlər və övladlığa götürülənlər; – İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; – İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. – Nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxs və ya onların valideynlərindən biri ərizə müraciət edərək xidmətdən imtina edə bilər. – Müvafiq sənədlərin tam təqdim olunmaması imtina üçün əsasdır. |
| Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: | Nikah yaşına çatmamış şəxsin valideynlərinin razılıq ərizələri (notariat qaydasında təsdiq edilmiş)
Nikah yaşına çatmamış şəxsin valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri Nikah yaşına çatmamış şəxsin və nikaha daxil olan digər şəxsin şəxsiyyət vəsiqələrinin surətləri Nikah yaşına çatmamış şəxs üçün yaşayış yerindən arayış Nikah yaşının azaldılmasına əsas olan üzrlü halları özündə əks etdirən sənədlər Nikah yaşına çatmamış şəxsin sağlamlığı haqqında arayış Nikah yaşına çatmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnamələrinin surəti |
| Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: | Nikah yaşına çatmamış şəxs müvafiq sənədlərlə birlikdə ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edir. Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2.-ci maddəsinə əsasən üzrlü səbəbin və valideynlərinin notarial qaydada razlığının olub olmamasını, müvafiq sənədlərin tamlığın yoxlayır, bununla bağlı müvafiq rəy verir və məqsədəuyğun hesab etdiyi halda nikah yaşının azaldılması ilə əlaqədar sərəncamın layihəsini hazırlayır. Qanunvericiliyin tələblərinə uyğun olduğu halda nikaha daxil olmaq istəyən şəxsə rayon İcra Hakimiyyəti başçısının nikah yaşının azaldılması ilə əlaqədar sərəncam – yekun sənəd verilir. |
Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 5565942 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.
Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.
👁 baxış
