“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi 19 xidmət Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (pirallahi-ih.gov.az – dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir.
Həmin xidmətlərdən vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur.
Xidmətin adı: |
Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi |
Xidmətin məzmunu: | · Müvafiq ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi |
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: | – İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri
– İcra Hakimiyyəti Mənzil-Kommunal İstismar Sahəsi |
Xidmətin hüquqi əsası: | Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.9-cu yarmbəndi. |
Xidmətin həyata keçirilmə formaları: | Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim edilməsi |
Xidmətin həyata keçirilməsinin nəticəsi: | Müvafiq arayışın verilməsi |
Xidmətin həyata keçirilməsi müddəti: | 7 təqvim günü |
Dövlət rüsumu, Xidmət haqqı: | Xidmət ödənişsizdir. |
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: | Müvafiq ərazidə qeydiyyatda olmadıqda |
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: | – Şəxsiyyəti təsdiq edən sənəd |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: | Xidmət istifadəçisi qeydiyyatda olduğu ərazidə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (ictimai yaşayış binalarının sakinləri Mənzil-Kommunal İstismar Sahəsinə) şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi müraciət edir. Müraciətə mahiyyəti üzrə baxılaraq xidmət istifadəçisinə ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verilir. |
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar | – İstifadəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
– Ərizə və ya şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır. |
Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 5565942 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.
Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.