Xalq artisti Özbəkistdanda konsert proqramında çıxış edəcək – FOTO

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Özbəkistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert tədbiri keçiriləcək.

8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür.

Məcra.az xəbər verir ki, bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlarımız üçün də əlamətdar bir gündür. Bu əlamətdar tarixlə əlaqədar cari ilin 6 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə tədbir və konsert proqramı keçiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpaqıstan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub. Sözügedən tədbir çərçivəsində ilk olaraq Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto sərgi də iştirakçılara təqdim olunacaqdır.

Səbinə Qürbətli

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt