Biləsuvarda pomidor sahələrində xəstəlik YAYILDI

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

Biləsuvar rayonunda pomidor sahələrində xəstəlik yayılıb.

Məcra.az xəbər verir ki, bu barədə rayon fermerləri məlumat verib.

Onların sözlərinə görə, məhsul xəstəlik səbəbindən sahələrdə çürüyüb.

Fermerlər həmçinin qeyd edib ki, bu ilin əvvəlindən pomidor sahələrinə zəruri aqrotexniki qulluqlar göstərməsinə baxmayaraq, hava şəraitinin əlverişsizliyi və dərman preparatlarının keyfiyyətsizliyi üzündən hər yığımda demək olar, 50 faiz zərərlə üzləşiblər. On iki dəfəyədək yığılmalı olan məhsul, bu il cəmi 3 dəfə yığılıb.

Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, pomidorun yetişdirilməsi ilə əsasən rayonun Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndərində ixtisaslaşmış təcrübəli mütəxəssislər məşğuldur. Bu günədək sahələrdən tədarük olunan 38 min tondan çox məhsulun 70 faizi paytaxt və region bazarlarına çıxarılıb. Məhsuldarlıq isə 400-500 sentner civarındadır. Havaların yağıntılı keçməsi ilə əlaqədar bəzi əkin sahələrində göbələk xəstəlikləri yayılıb. Xəstəliklərlə bağlı fermerlərə müvafiq tövsiyələr verilib (report.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt