“Deyirlər ki, Ağadadaş Ağayev rəhmətə gedib” – Xalq artisti

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

“Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır”.

Məcra.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib.

O, barəsində yalan məlumatlar yayıldığını bildirib:

“Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb, sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram”.

A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:

“Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! Ölkədəyəm, övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli uşaqlar üçün restoranımda tədbir təşkil etmişdim. Allahın izni ilə 8 noyabr Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq” (globalinfo.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt