“Heç bir məyusluğum yoxdur” – Bərxudarov danışdı

XƏBƏR XƏTTİ
Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•

Xəbər verdiyimiz kimi,  İkinci ordu korpusunun  komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

44 Günlük Vətən Müharibəsindəki qalibiyyətimizin əsas simalarından biri olan Mayis Bərxudarovun “vurulması” mediada şərti olaraq “Beyləqan İşi” adlandırılan faciəvi olayla əlaqələndirilib.

Belə ki, bu işlə bağlı Bakı Apellyasiya Məhkəməsindəki proseslərdə həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində generalın adını hallandırıb.

Məcra.az xəbər verir ki, gununsesi.info Mayis Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən Mayis Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi” sualına gəlincə, general-leytenant belə deyib: “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt