Qubada paraşütlə uçan həkim faciəvi şəkildə öldü – Yenilənib-FOTO

XƏBƏR XƏTTİ
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•

Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.

Məcra.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Qeyd edək ki, o, uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bildirilir ki, Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş (qafqazinfo.az).



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt