Şəmkirdə üç nəfəri iş zamanı “tok” vurub öldürdü – Təfərrüat+Yenilənib

XƏBƏR XƏTTİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində 3 nəfəri elektrik cərəyanı vurub.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə elektrik cərəyanı vurması nəticəsində üç nəfərin ölümünün bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslər Könüllü kəndində sahibkara məxsus istixana sisteminə sellofan çəkirmiş. Bu zaman onların istifadə etdiyi dəmir pilləkən elektrik cərəyanına dəyib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib.

Ölən şəxslərdən ikisi Könüllü kəndindən, bir nəfər isə Ağstafa rayonundandır.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub, araşdırma başlanılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt