Tarixi nailiyyət

Antiterror əməliyyatı çox böyük tarixi nailiyyətdir, böyük zəfərdir və onun qazanılmasında öz canını fəda edən hərbçilərimizin rolu misilsizdir. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel
Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Prezident İlham Əliyev o vaxt xalqa müraciətində şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayaraq deyib: “Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər”.
Xalqımız 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də böyük birlik nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunurdu ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı.

Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

 

Simran Əlizadə

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanBETPARK GİRİŞjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomBeşiktaş escortcasibom yeniBahçelievler escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibom girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabetcasibom güncelmatbetmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişsahabetjojobetjojobet girişonwin girişcasibom 715 girişimajbetBeyoğlu escortasyabahisngsbahisbahigocasibom girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmatadorbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişartemistbet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasonwin girişonwinbets10 girişbets10casibom girişbets10casibomlunabetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorumvevobahiszbahismatbet güncel girişholiganbetjojobetAlsancak Escortbetturkeymatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişOnwin girişimajbet güncel girişimajbetmarsbahis girişcasibomcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerjackbetcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijackbetataşehir escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettiltnakitbahis günceljackpot party