Polisin Novxanıdakı restoranda gecə əməliyyatı – Ofisiant bu əməlinə görə tutuldu

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

Məcra.az xbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.

Burada ofisiant işləyən Sumqayıt şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu “gözətçiliyi” 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır (lent.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt