Cəlilabadda şəhidlərimizin il mərasimləri keçirildi – FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

2022-ci ilin sentyabr ayında erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz – Baş gizir, Vətən müharibəsi iştirakçısı Nahid Məmmədov, gizir, Vətən müharibəsi iştirakçısı Səid Həsənov və əsgər Rəşad Qasımovun ikinci il mərasimləri keçirilib.

Məcra.az xəbər verir ki, Nahid Hüseynağa oğlu Məmmədov 1990-cı il mayın 9-da Cəlilabad rayon Vənlik kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, “Zəngilanın azad olunmasına görə” və “İgidliyə görə” medallarıyla təltif edilib. Sentyabr döyüşlərində göstərdiyi xidmətlərə görə isə şəhid Nahid Məmmədov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki övladı yadigar qalıb.

Səid Sarıbala oğlu Həsənov isə 10 noyabr 1992-ci ildə Cəlilabad rayon Əsədli kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarıyla  təltif edilib. Sentyabr döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Səid Həsənov bu dəfə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib. Şəhidimiz nişanlı olub.

Əsgər Rəşad Ənvər oğlu Qasımov 29 mart 2003-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Azərbaycan Ordusunun əgəri olan Rəşad Qasımov 12 sentyabrda Ermənistan silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən sentyabrın 13-də Kəlbəcər rayonunda qəhrəmancasına şəhid olub. Şəhid Rəşad Qasımov ölkə başçısı tərəfindən “Vətənə xidmətə görə” və “Vətən uğrunda” medallarıyla təltif edilib.

Allah cəmi şəhidlərimizi rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN    

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt