Taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən “Prius” sürücüsü barəsində tədbir görüldü

XƏBƏR XƏTTİ
Sabahın havası açıqlandıPrezident müşavirə keçirdi – FOTOLARPolis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi3-cü kurs tələbəsi əməliyyatda öldü – FOTOSektor müdiri DSK sədri təyin edildiDubay Əmirinin qardaşı öldü – 10 günlük matəm elan edildi“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı – Hökm oxunduDənizdə batan Əlipaşa və Elminin meyiti tapıldıSabahın havası açıqlandıPrezident müşavirə keçirdi – FOTOLARPolis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi3-cü kurs tələbəsi əməliyyatda öldü – FOTOSektor müdiri DSK sədri təyin edildiDubay Əmirinin qardaşı öldü – 10 günlük matəm elan edildi“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı – Hökm oxunduDənizdə batan Əlipaşa və Elminin meyiti tapıldı

Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən “Toyota Prius” sürücüsünün kimliyi müəyyən olunub.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O qeyd edib ki, görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T.Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə aparılıb.

“Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb”.

Qeyd edək ki, ötən gün yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü ilə bağlı sosial şəbəkədə videogörüntü paylaşılmışdı.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt