Qarğıdalı qida üçün becərilən taxıl bitkisidir. Qarğıdalı dünyanın ən məhsuldar bitkilərindən biridir. Həm insanlar, həm də mal-qara üçün geniş şəkildə becərilir.
İqtisadiyyat.az-ın araşdırmasına görə, bu məhsulun ilk dəfə Meksikada istehsal olunduğu təxmin edilir.
Araşdırmalara görə, 2022/2023-cü ticarət ilində dünyada istehsal edilən qarğıdalının miqdarı 1,15 milyard tondan çox olub .
2023/2024-cü illərdə ABŞ-nin təxminən 389,7 milyon ton istehsal həcmi ilə dünyada ən böyük qarğıdalı istehsalçısı olacağı gözlənilir. Çin və Braziliya siyahıda ikinci və üçüncü yerdə qərarlaşacaq.
Qarğıdalı ABŞ-də ən vacib məhsullardan biridir. Son illərdə ölkədə qarğıdalı istehsal edən fermerlərin illik gəlirlərində davamlı olaraq artım müşahidə olunub. 2022/2023-cü illərdə ölkə qlobal qarğıdalı istehsalının demək olar ki, üçdə birinə sahib olub.
Eyni zamanda, 2022/2023-cü illərdə ABŞ 42,5 milyon ton qarğıdalı ixrac edərək, dünyanın ikinci ən böyük qarğıdalı ixracatçısı olub. Meksika və Çin 2022-ci ildə ABŞ qarğıdalısının əsas alıcıları olub.
2023/2024-cü illərdə bu ölkələrin dünyada ən çox qarğıdalı istehsal edəcəyi gözlənilir:
Ölkə | Qarğıdalı istehsalı |
ABŞ | 389,7 milyon ton |
Çin | 288,8 milyon ton |
Brazilya | 127 milyon ton |
Avropa İttifaqı | 60,1 milyon ton |
Argentina | 55 milyon ton |
Hindistan | 35 milyon ton |
Ukrayna | 30,5 milyon ton |
Meksika | 25,5 milyon ton |
Rusiya | 17 milyon ton |
Cənubi Afrika | 16,8 milyon ton |
Qeyd edək ki, ABŞ dünyada qarğıdalının aparıcı istehlakçısıdır. 2023/2024-cü illərdə ABŞ təxminən 12 milyard buşel qarğıdalı istehlak edib. Avropa İttifaqı bu dövrdə təxminən 12,04 milyard buşel qarğıdalı istehlak edib.
Bundan əlavə, qarğıdalı ABŞ-də ikinci ən böyük məhsul sahəsinə malikdir. Ölkədə yetişdirilən qarğıdalıların böyük əksəriyyəti biotexnologiya ilə təkmilləşdirilir .
ABŞ-də istehsal olunan qarğıdalının əksəriyyəti heyvan yemi kimi istifadə olunur.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qarğıdalı idxalına çəkdiyi xərc 19,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,5% çoxdur.