Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir. İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.
Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib.
Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
«Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”»
imzalanan Bəyannamədə sonralar imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməsi məsələsini özündə ehtiva edir. Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil.
Dövlətlərimiz müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər. tərəflər həmçinin aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.
İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin
Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi