Kartof ixracından gəlirlər kəskin azalıb – Rəsmi

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub.

Məcra.az xəbər verir ki,  bu barədə FED.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 534 min dollar və ya 34%, miqdar ifadəsilə 22 min 835 ton və ya 32,1% azalıb.

2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 31 milyon 5 min dollar dəyərində 71 min 70 ton kartof ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun  1 kiloqramının orta ixrac qiyməti 72 qəpik  olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 74 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 2,7% azalma deməkdir.

Bu il ümumi ixracının 0,13%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,09%-i kartofun payına düşüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt