Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayon Moranlı kəndində ailə faciəsi yaşanıb. Kənd sakinləri 43 yaşlı Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ata və qızının meyitlərini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Məcra.az-ın Modern.az-a istinadən məlumatına görə, baş vermiş hadisənin təfərrüatı məlum olub.
Qeyd edək ki, Nəsibə Məmmədovanın nişanlı olduğu bildirilir.
Faciəvi hadisə nəticəsində ölən Həsənağa Məmmədovun fotosunu təqdim edirik: