Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” adlanan ərazidə naməlum şəxsin iti balta ilə döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov görüntülərdən məlumatlı olduğunu bildirib:
“Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.
Əzizə İsmayılova
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:
“Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.
Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
Sözügedən görüntüləri təqdim edirik (əsəbləri zəif olanların baxması məsləhət deyil):