Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında vurğulanıb ki, Qazaxıstan sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsi böyük töhfə vermək baxımından mühüm önəm daşıyır.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir.
Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri nəqliyyat-tranzit
sahəsində əməkdaşlıqdır. Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərinsifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyatakeçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. 2017-ci ilin oktyabr ayında açılışı olan Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropanın dəmir yollarını birləşdirib.
Azərbaycan Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Dəmiryolu xəttləri vasitəsilə qeyd olunan ölkələr arasında yükdaşımaları da artırmaq mümkündür.
Respublikamızın ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Azərbaycan, eyni zamanda, Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır.
Ölkələrimizin özəl sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dəstəyin göstərilməsi, rüsumların azaldılması iqtisadi əlaqələrin daha da inkişaf etməsinə köməklik göstərə bilər. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan- Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Qazaxıstan Respublikası hökumətinin məlumatlarına əsasən, ötən ilin yekunlarına görə Qazaxıstan və Azərbaycan arasında mal dövriyyəsi 14,3 faiz artaraq, 529,4 milyon dollar, cari ilin yanvar-iyun aylarında isə 280,6 milyon dollar təşkil edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Düşünürük ki, Dövlət Başçılarının Qazaxıstan Sammiti və sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrinin, dəniz nəqliyyatının daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısı aparatının Hüquq şöbəsinin müdiri