Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər və təkliflər güclü mesajlardır.

       Dövlət başçısı tədbir zamanı deyib ki, 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.

    Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Bu baxımdan Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.

Görüləcək işlər isə hələ çoxdur, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq.  Bütün bunlar regionumuzun sülh, mehriban qonşuluq və dostluq zo­nasına çevrilməsi, xalqımız üçün firavan gələcəyin reallaşması deməkdir və bu gün biz dövlətimizin, onun başçısının bu sahədəki uğurlarını alqışlayırıq.

       Prezident İlham Əliyevin çox uğurlu xarici siyasəti sayəsində Azərbaycanın dünyada nüfuzu günü-gündən artmaqdadır. Azərbaycan dünya gündəliyi üçün vacib bir çox tədbirlərə dəvət alır. İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə hamının diqqət mərkəzində olduğu, ünsüyyət qurmaq istədiyi liderdir: “Bu baxımdan Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayının çox olması liderimizin şəxsiyyətinə olan böyük inam və hörmətin göstəricisi hesab edirik. Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir.

Səməd Rüstəmov,

Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi

PAGE TOP