Bakıda 75 yaşlı kişi qətlə yetirilib.
Bu barədə “Qafqazinfo”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Nizami rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.