Lənkəran çayında balıq tutan şəxs boğuldu

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Lənkəran sakini çayda boğulub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Kürə kənd sakini Elşad Panayevin meyiti Lənkəran çayının Lənkəran rayonunun Velədi kəndindən keçən hissəsində aşkar edilib.

Məlumata görə, E. Panayev iyulun 14-də günorta saatlarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. O, uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Yaxın qohumları onun epilepsiya tutması ilə əlaqədar çayda boğulduğunu bildirib.

Analoji hadisə Kür çayının Yevlax rayonundan keçən hissəsində də baş verib. 

Belə ki, ötən gün günorta saatlarında 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğlunun meyiti Kür çayının rayon ərazisindən keçən hissəsində aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt