Qadın sinif yoldaşını oğlunu “sistem”ə işə düzəldəcəyi adı ilə aldatdı – MƏHKƏMƏ

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Aidə Ədədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanən sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

 

İttihama görə, Aidə Ədədova sinif yoldaşı, zərərçəkmiş Qədim Dadaşova (şərti) işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib. O, zərərçəkmişin oğlunu hüquq-mühafizə orqanlarından birinə işə düzəldəcəyini yalandan vəd verərək aldadıb. Aidə bu yolla sinif yoldaşından 2020-ci illərdə Abşeron rayonu ərazisində ümumilikdə 2500 manat pulu dələduzluq yolu alıb. Daha sonra o, verdiyi vədə əməl etmədiyi üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

İstintaq dövründə Aidə Ədədova zərərçəkmişə dəymiş ziyanı ödəyərək onunla barışıb.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt