Bakıdakı güclü yanğında bina sakinləri belə xilas edildilər – FOTO/VİDEO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Musavat.com-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt