Bakıda qadın dörd uşağını parkda qoyub sevgilisi ilə qaçdı

XƏBƏR XƏTTİ
Bakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərBakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlər

Bakıda küçədə valideyni tərəfindən tərk edilmiş dörd uşaq tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, uşaqları üç gün öncə Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşları tapıblar.

K.Ağazadə qeyd edib ki, uşaqlar tibbi müayinə məqsədi ilə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib:

“Sosial Xidmətlər Agentliyi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Uşaqların təxminən 14, 5, 4 yaşları və ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız deyir ki, anası sevgilisi ilə onları parkda qoyub, kirayə ev tapmağa getdiyini deyib. O gedən gedib. Polis əməkdaşları onları tapıb, bölməyə aparıblar.

Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt