Şəkidə məktəb binası yandı – Foto+Yeniləndi

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Şəki rayonunda güclü yanğın olub.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Şəkinin Turan qəsəbəsində ümumi sahəsi 1326 m² (hər mərtəbəsi 663 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü 663 m² sahədə, yəni tamamilə yanıb.

Bundan başqa, məktəbin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 410 m² sahədə və 1-ci mərtəbəsinin yanar konstruksiyaları 84 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Şəki-Zaqatala Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlama yayıb: “İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğınla bağlı zərərçəkən olmayıb.

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Foto: Azərtac

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt