Lənkəran rayonunda baş verən qəzada xəsarət alanların sağlıq durumu açıqlanıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev “Report”un Cənub bürosuna bildirib ki, iyunun 12-də axşam saat 21:35 radələrində rayonun Yuxarı Nüvədi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın, iki uşaq qapalı kəllə-beyin travması, sol mil, sol bazu, kürək sümüklərinin sınıqları, döş qəfəsinin küt travması diaqnozları ilə təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara ilkin tibbi xidmətlər göstərilib. Azyaşlılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində rayon ərazisində S.Quliyevin idarə etdiyi “VAZ-2105” markalı avtomobil yol kənarında dayanmış “VAZ-21015” markalı avtomobilə çırpılıb. S.Quliyev bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.
Nəticədə 3 yaşlı D.Məmmədli dünyasını dəyişib, nənəsi – M.Ağalıyeva və 2019-cu il təvəllüdlü U.Məmmədli xəsarət alıblar.
Araşdırma aparılır.
Lənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Yuxarı Nüvədi kəndində baş verib.
Belə ki, avtomobil 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı və nəvələri – 2021-ci il təvəllüdlü D.M-nı, 2019-cu il təvəllüdlü U.M-nı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda M.Ağalıyeva və 5 yaşlı nəvəsinin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.