Tovuzda maşın Kürə düşdü – 3 nəfər öldü

Ötən gecə Tovuzda ağır yol qəzası baş verib.

Məcra.az xəbər verir ki, 60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri – 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.

Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.

Avtomobildə olan şəxslərin rayonun Abulbəyli kənd sakini olmaları bildirilir.

Faktla bağlı araşdırma aparılır. “Qafqazinfo”

PAGE TOP