Flora Kərimova məhkəmə sənədlərini paylaşdı-FOTO

XƏBƏR XƏTTİ
Paytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdır

Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsində olan Afət Fərmanqızı iyunun 3-də hakim qarşısına çıxacaq.

Axşam.az xəbər verir ki, bu barədə Flora Kərimova sosial şəbəkədə məlumat yayılıb. O, A.Fərmanqızının hava limanında saxlanılması ilə bağlı protokolu sosial şəbəkədə paylaşaraq bunları qeyd edib:

“Tutlub, təhvil verildi. Bu da belə! Mənəviyyatı dayaz olanın vicdanının cəzası olmur. Onların cəzası tanrıları olan maddiyyatdır.

Afət, təkziblərin nə qanunlardan, nə də polis və məhkəmə sənədlərindən üstün deyil. İyunun 3-ü saat 16:30-da gələrsən Binəqədi Rayon Məhkəməsinə və hakim qarşısında izahat verərsən. Çəkisini bilmədiyin sözü ağzından çıxanda düşünməli idin, nə deyirsən və kimə deyirsən. İndidən belə Ali Məhkəmə sədrinə müraciət etməyib, nazirliyin qapısında yatsan da xeyri olmayacaq. Əxlaqın qədəri ilə törətdiyin cinayətin prosesual qaydalarından səni heç kim xilas edə bilməyəcək. Gələcəyini düşünürsənsə, toylarını oxu, başını dolandır. Sual olunsa belə, mənim adımı ağlından keçirmə. Və birdə kiçiklərini instaqramda, TikTok-da qapına bağla, sənin əl-ayağına dolaşmasınlar. Qanunla hər kəlimənin hesabını məhkəmə qarşısında verəcəksən. Layiq olmadığın mərhəməti isə məndən gözləmə”.

Qeyd edək ki, Afət Fərmanqızı mayın 27-də Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılmışdı. O, ölkədə olmadığı üçün barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yarımçıq saxlanılmışdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt