Arvadına əzab verən Bektimirovun cəzası ağırlaşdırıldı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Arvadına əzab verməkdə təqsirləndirilən Yalçın Bektimirovun barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

 Məcra.az xəbər verir, bu gün Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Yalçın Bektimirovun və həyat yoldaşı zərərçəkmiş Anastasiya Bektimirovanın birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinə baxılıb. Y. Bektimirov ona bəraət verilməsini, həyat yoldaşı isə cəzanın ağırlaşdırılmasını istəyib.
Məhkəmənin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 2 il həbs cəzası təyin edilib.
Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini, nəticədə bir gözünün görmə qabiliyyətini itirdiyini iddia edib.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt