Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Məcra.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan bir sıra nöqsanlar nəticəsində 9 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
Rəhbəri vəzifəsindən azad olunan müəssisələr aşağıdakılardır:
– Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
– Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
– Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
– Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
– Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
– Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
– Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.