Şeyx Əbdül: “Göydə Allahımız, yerdə müstəqil vətənimiz var…”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Mən də Müstəqillik Günümüz münasibətilə xalqımızı təbrik edirəm. Bu bizim üçün müqəddəs bir gündür. İçində müstəqillik eşqiylə yaşayan, həyatını müstəqil Azərbaycan üçün qurban verən insanların hamısını bağrıma basıb, təbrik edirəm”

Bunu Məcra.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Kinorejissor bu gün özünü çox xoşbəxt hiss etdiyini bildirib:

“Bir millət olaraq insan üçün ən müqəddəs iki dəyər var-göydə Allah, yerdə müstəqil vətən. Şükür Allaha ki, ikisi də varımızdı. Torpaqlarımız işğaldan azad edildi, artıq qarış-qarış torpaqlarımızı düşməndən geri alırıq. Buna görə Ali Baş Komandana və Müzəffər Ordumuza minnətdaram. Bu yaşımda özümü çox xoşbəxt hiss edirəm”.

Qeyd edək ki, bu gün müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt