Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Görüşdə dövlətimizin başçısı məmnunluqla qeyd edib ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.
Araz çayı dörd ölkə arasında yerləşir və bu regionda yaşayan xalqlar arasında hər zaman diqqəti çox cəlb edib və hər zaman önəm kəsb edib. Bu çay hər zaman iqtisadi, mədəni və tarixi cəhətdən önəm daşıyıb. Eyni zamanda, iqtisadi infrastrukturların inkişafına da səbəb olub. Həmçinin sərhədyanı ərazilərdə yaşayan insanların da həyatlarının iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verib. Əlli il ərzində bu bəndin, eyni zamanda, Araz çayının suyundan istifadə etmək üçün hər zaman əməkdaşlıq olmuşdur. Bildiyiniz kimi, Araz çayının üstündə 12 kilometr uzunluğu olan və eyni zamanda, sellərin qarşısını alan bu bəndin imkanlarından geniş istifadə edilir. Həmçinin bu bəndin suyundan əkin sahələrinin suvarılmasında da istifadə olunacaq.
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası
prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə töhfə verir. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
Prezident İlham Əliyev önəmli amil kimi vurğulayıb ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Mən bu gün hörmətli Prezident Rəisini bu il Azərbaycanda keçiriləcək iqlim konfransına dəvət etmişəm. Hörmətli Rəisi məni İrana dəvət edib. Bu dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm, bizim bundan sonra da görüşlərimiz çox olacaq, son illər biz artıq beşinci dəfədir ki, görüşürük, amma sərhəddə ilk dəfədir. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.
Əminliklə bildirirəm ki, dövlət başçısının dediyi kimi, iki ölkə arasındakı əlaqələrdə tarixi hadisədir. İran dünyada bəndlərin və eyni zamanda, hidroqovşaqların yaradılmasında çox önəmli ölkələrdən biri sayılır. İranda İslam İnqilabından sonra 200-ə yaxın bənd və hidroqovşaq tikilmişdir və bunların hamısı bizim tarixi göstərir.
Rövşən Həsənov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi