Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edir. Ötən müddətdə İki ölkə arasındakı bu münasibət iqtisadi əməkdaşlıq son illərdə daha yüksək səviyyəyə çatıb. .
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunmaqdadır. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, siyasi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açılmasına işarədir.
Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımız bildirib ki, strateji tərəfdaşlıq haqqında Bəyannamədə əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Məhz bu kontektsdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Çünki Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qazını ixrac edir. Bununla bağlı 2023-cü il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. “2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bərpa olunan enerji növlərini də Avropa ölkələrinə ixrac etməyi planlaşdırır və Balkan yarımadasına çıxacaq elektrik enerjisi xətti Slovakiyanı da əhatələyə bilər.
Bu layihələr Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün əsaslı infrastruktur yaradır və enerji təhlükəsizliyinin artırılmasında əhəmiyyətli addım kimi qiymətləndirilir. Həmçinin bu infrastrukturun yaradılması bölgədə iqtisadi əməkdaşlığı gücləndirmək və strateji tərəfdaşlığı genişləndirməklə yanaşı, regionda sabit və uzunmüddətli enerji təchizatının inkişafını təmin edir.
Xumarə Xəlilova,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı