“Atası qızımın həkim olmasını istəyirdi…”-Şəhid zabitin xanımı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Aysu buraxılış imtahanlarda maksimum 300 balın 282 balını toplayıb. Həkim olmaq istəyirdi, atasının arzusu idi ki, Aysu həkim olsun”

Bunu Məcra.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay xanım deyib. Şəhid zabitin xanımı qızının atasının bu arzusunu reallaşdıracağını bildirib:

“Atası Aysuya həkim olmasını 2 yaşından deyirdi. Təəsüf ki, atası şəhid oldu, bu günü görə bilmədi, amma Aysu bu peşəyə yiyələnməklə atasının ruhunu şad edəcək”-deyə şəhid xanımı bildirib.

Qeyd edək ki, Elzamin Kamal oğlu Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən isə Laçın rayonunun Malxələf kəndindəndir. Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra şəhid polkovnik-leytenant Elzamin Təhməzov ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt