Salam Sarvanın əməliyyat xərcləri qarşılanacaq-Açıqlama

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Bu günlərdə səhhətində ciddi problemlər yaranan Azərbaycanın tanınmış şairi Salam Sarvanın əməliyyat və müalicə xərcləri qarşılanacaq. 

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şairin səhhəti ilə bağlı məlumatlar sadə vətəndaşların və aidiyyəti qurumların ciddi reaksiyasına səbəb olub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə dərhal reaksiya verərək onun bütün müalicə və əməliyyat xərclərinin qarşılanacağını bildirib.

 

 Artıq S.Sarvanın həkimi Mircəlal Kazımi ilə də əlaqə saxlanılıb, bütün prosedurlar nəzarətə götürülüb. Onun yaxın günlərdə Dövlət Gömrük Hospitalında növbəti dəfə əməliyyat olunacağı gözlənilir. M.Kazımi müalicənin prosedura uyğun davam etdirildiyini qeyd edib.  

Şair özü də vəziyyəti ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, səhhətində yaranan problemlə əlaqədar cəmiyyətin belə həssas reaksiyası onu çox təsirləndirib. S.Sarvan müalicəsində zəhməti olan həkimlərə, hətta ona dua edən insanlara təşəkkürünü ifadə edib. 

Qeyd edək ki, S.Sarvanın səhhətində son günlər ciddi problem üzə çıxıb, qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Şair ilk əməliyyatı keçirib, ikinci əməliyyata hazırlaşır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt