“AYB-nin təqaüd siyahısından hər dəfə adım çıxarılır…”-Tanınmış şairdən etiraz

“AYB-də təqaüd məsələlərinə haqq-ədalətlə baxılacağına inanmaq istərdim”

Bunu Məcra.az-a açıqlamasında tanınmış şair Ədalət Salman deyib. Şairin sözlərinə görə hansısa qara qüvvələr beş ildir ki, onun təqaüd almasına mane olurlar:

“25 ildir AYB-nin üzvüyəm, hələ də mənə təqaüd verilməyib.  Adım siyahıya salınsa da, son məqamda şeytan əliylə siyahıdan çıxarılır.  Bu il fevral ayında təqaüdlə bağlı AYB-nin birinci katibi Çingiz müəllimlə görüşdüm, o mənim adımı sıyahıya yazdı Aprelin 1-də AYB-də olarkən öyrəndim ki, yenə adımı siyahıdan çıxarıblar. Dünən AYB-yə üzv olunanlar kimlərinsə maddi maraqlarına görə bu gün təqaüd alır, mən isə hələ də abrıma söykənib  baxıram.

Aprelin 15-dən sonra müqəddəs bildiyim bizim yaradıcılıq ocağına haram qatan o şeytanın adını açıqlamalı olacağam”.

Ə.Salman AYB rəhbərliyinin onun problemindən xəbərsiz olduğunu bildirib:

“Məsələdən təbii ki, AYB rəhbərliyi xəbərsizdir. Ona görə belə bir açıqlama verməyə məcbur oldum ki, baş verənləri rəhbərliyin diqqətinə çatdırım”.

Redaksiyadan: Çox maraqlıdır ki, ömrünü ədəbiyyata həsr edən Ədalət Salman kimi bir fədakar,  yaradıcı adama Prezidentin təyin etdiyi təqaüd bu illər ərzində niyə verilməyib?!

PAGE TOP